send link to app

Bank VTB MobilBank


4.8 ( 1248 ratings )
Finanzen
Entwickler Azericard LTD
Frei

Müxtəlif bank xidmətlərindən telefonda istifadə etmək imkanı verən ilk və ən funksional mobil tətbiq olan MobilBank-ın 3-cü nəslini Sizə təqdim etməkdən qürur duyuruq.
Yeni versiyanın üstünlükləri:
Asan qoşulma
İndi MobilBank-a 5 fərqli üsulla qoşulmaq olar.
ATM-lərin, terminalların və filialların xəritəsi
İndi ölkənin istənilən yerində olarkən, Bankınızın filial və ATM-lərinin cari koordinatlarını asan tapa biləcəksiniz. Obyektlər haqda informasiya daima yenilənir.
Daha uzunmüddətli çıxarış
İndi çıxarış son 1 ilin əməliyyatlarını əhatə edir. Yalnız əməliyyatlarınızın sayı çox olduğu təqdirdə, çıxarışda son 100 əməliyyatlarınızı görəcəksiniz. Gələcəkdə çıxarışda göstərilən əməliyyatların sayı artırılacaq.
Kartı blokdan açmaq
İndi istədiyiniz vaxt kartınızı blok edib daha sonra blokdan çıxara bilərsiniz (itirilmiş və oğurlanmış kartları istisna etməklə).
Axtarış imkanı
Şablonlarda və çıxarışda axtarış etmək imkanı, Sizə məlumatı daha əlçatan edəcək.
Yeni dizayn
MobilBank-ın yenilənmiş dizaynının zövqünüzcə olacağına ümid edirik. Şərhlərinizi gözləyəcəyik.

Qoşulma:

Proqrama daxil olmaq üçün 5 üsul var:

1. İnternet Banking istifadəçisinin adı və şifrəsi – İnternet Banking-dən istifadə edirsinizsə, proqrama daxil olmaq Sizin üçün daha asandır. İnternet Banking xidməti haqda ətraflı məlumatı www.azericard.com saytından tapa bilərsiniz.
2. İnternet Banking istifadəçisinin adı və SMS ilə şifrə – İnternet Banking istifadəçinin şifrəsini unutmusunuzsa, bu üsulu seçin və proqrama, telefonunuza gələcək SMS ilə daxil olun.
3. İnternet Banking istifadəçisinin adı və ATM-dən alınan birdəfəlik şifrələr siyahısı ilə - İnternet Banking istifadəçinin şifrəsini unutmusunuzsa, bu üsulu seçin və proqrama, ATM-dən çıxarılan İB və 3D secure şifrələri (ATM-də "Xidmətlər" menyusunun, "İB və 3D secure parolları" altmenyusunu seçməklə alınır) ilə daxil olun.
4. Kart nömrəsi və SMS ilə şifrə - Kartınız “SMS Xəbərdarlıq” xidmətinə qoşulubsa, kartınızın nömrəsini yazın və proqrama, telefonunuza gələcək SMS ilə daxil olun.
5. Kart nömrəsi və ATM-dən alınan birdəfəlik şifrələr siyahısı ilə - İnternet Banking istifadəçisi deyilsinizsə və kartınız “SMS Xəbərdarlıq” xidmətinə qoşulmayıbsa, bu üsulu seçin və proqrama, kartınızın nömrəsi və ATM-dən çıxarılan İB və 3D secure şifrələri (ATM-də "Xidmətlər" menyusunun, "İB və 3D secure parolları" altmenyusunu seçməklə alınır) ilə daxil olun.

İmkanlar:

1. Komunal, mobil raritə, internet, kabel televiziyası və s. ödənişlər.
2. AzəriKard prosessinq mərkəzinə qoşulmuş bankların kartlarına pul köçürmələri.
3. Kartlarınızla apardığınız əməliyyatların çıxarışı.
4. Kartınızı müvəqqəti olaraq bloklaşdırmaq və yenidən blokdan çıxartmaq (itirilmiş və oğurlanmış kartları istisna etməklə).
5. Bankın bankomatlarının və filiallarının xəritədə təsviri.

Əlavə suallarınız yaranarsa, bizimlə əlaqə saxlamaq üçün +994125984697 və ya 194 qısa nömrəsinə zəng edə və ya [email protected] ünvanına elektron məktub göndərə bilərsiniz.
Yazacağınız şərhlərə və məktublara görə Sizə əvvəlcədən minnətdarlığımızı bildiririk.
Rəyləriniz bizə göstərdiyimiz xidmətin keyfiyyətini artırmağa kömək edir.
MobilBank-ı marketdə qiymətləndirməyi də unutmayın.